
Qazaxıstanda parlament və bələdiyyə seçkilərində 12 mindən çox namizəd irəli sürülüb – Səfir
Bakı. Trend:
Qazaxıstanda Məclis (parlamentin aşağı palatası) və maslihat
(yerli inzibati orqanlar) seçkilərində 12 451 nəfərin namizədliyi
irəli sürülüb.
Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov
Qazaxıstanda baş tutacaq seçkilərə həsr olunmuş mətbuat
konfransında deyib.
Maslihatda seçkilərə 11 735 nəfər, parlamentin aşağı palatasına
isə 716 nəfər namizədliyini irəli sürüb.
Abdıkərimov seçkilərə müşahidəçilik etmək üçün 10 beynəlxalq
təşkilatdan, o cümlədən, ATƏT-in Parlament Assambleyası,
ATƏT/DTİHB, Avropa Şurası Parlament Assambleyasından müşahidəçilər
dəvət olunub. Səfir, həmçinin, 34 ölkədən, o cümlədən,
Azərbaycandan müşahidəçilərin iştirak edəcəyini əlavə edib.
Qeyd edək ki, bu gün üçün seçki öncəsi kampaniya davam edir və
18 mart gecə yarısınadək davam edəcək. Seçkilər martın 19-da
keçiriləcək.