Taxıl dəhlizinin daha 60 gün uzadılması ilə bağlı müzakirələr davam edir – Türkiyə Müdafiə Nazirliyi

Bakı. Trend:

Taxıl dəhlizinin daha 60 gün uzadılması ilə bağlı müzakirələr
davam edir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə
Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd edilib ki, Türkiyə Cümhuriyyəti bölgədə sülh və humanitar
yardım üçün üzərinə düşəni etməyə davam edəcək.

“Tərəflərin təşəbbüsün uzadılması istiqamətində atdıqları
addımlar təqdirəlayiqdir. Bununla belə, nazirimiz Prezidentimizin
tapşırığına uyğun olaraq, taxıl təşəbbüsünün fəaliyyətinin
koordinasiyalı şəkildə və tərəflərin tələblərini nəzərə almaq şərti
ilə davam etdirilməsi üçün həmkarları və aidiyyəti orqanlarla
danışıqlarını davam etdirir”,- deyə bildirilib.

Xatırladaq ki, “taxıl dəhlizi” ötən ilin avqustunda Ukrayna,
Rusiya, Türkiyə və BMT nümayəndələri arasında əldə olunan razılıq
əsasında avqustun əvvəlində fəaliyyətə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir