
Yanvar-fevral aylarında 7,7 min şəxsə əlillik təyin olunub
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
tərəfindən 2023-cü ilin yanvar-fevral ayları ərzində 7,7 min şəxsə
əlillik təyin edilib.
Nazirlikdən Trend-ə verilən
məlumata görə, onlardan 3,7 mininə ilkin, 4 mininə təkrar əlillik
təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem
üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi
göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik
təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv
qaydada sosial ödənişlər təyin edilir.
Həmçinin Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan
10,3 min şəxsə reabilitasiya xidməti göstərilib və 2,7 min şəxs
12,6 min reabilitasiya vasitəsi ilə təmin edilib.