
Ərəb şirkəti “TikTok”un 100 milyon dollarlıq payını alır
Bakı. Trend:
BƏƏ-nin texnologiya şirkəti G42, Çinin “TikTok” tətbiqinin
sahibi “ByteDance” şirkətində 100 milyon dollarlıq pay alıb.
Trend-in məlumatına görə, müqavilə çərçivəsində “ByteDance”
şirkətinin səhmləri 220 milyard dollar dəyərində
qiymətləndirilirdi, halbuki əvvəllər onun dəyəri 300 milyard
dollara çatmışdı.
Şirkətin səhmlərinin ucuzlaşması ABŞ-da “TikTok”a mümkün qadağa
ilə bağlıdır, bu sosial şəbəkə milli təhlükəsizliyə təhdid
adlandırılır.
ABŞ prezidenti Co Baydenin administrasiyası senatorların martın
7-də təqdim etdiyi və dövlət başçısına “TikTok” da daxil olmaqla
xarici sosial şəbəkələri qadağan etməyə imkan verən qanun
layihəsini dəstəkləyib. Martın əvvəlində ABŞ Konqresinin
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi oxşar qanun
layihəsini dəstəkləyib, lakin bu, demokratların tənqidinə səbəb
olub. Bu ayın əvvəlində qanunverici orqanın aşağı palatasında
bununla bağlı səsvermə keçirilməlidir.