
Ərdoğan Şavkat Mirziyoyevlə görüşüb (FOTO)
Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qəbul edib.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti
Administrasiyası məlumat yayıb.
Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün
Ankaraya işgüzar səfər edib. O, Türk Dövlətləri Təşkilatının
fövqəladə zirvə görüşündə iştirak edəcək.