
AccessBank ağacəkmə aksiyasında iştirak etdi (FOTO) (R)
Bakı. Trend:
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü
ildönümü münasibəti ilə maliyyə sektorunun
nümayəndələrinin iştirakı ilə Müşviqabad qəsəbəsində
ağacəkmə aksiyası keçirildi.
AccessBank-ın da iştirak etdiyi aksiya zamanı 3 hektar ərazidə
Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 300-ə yaxın
Eldar şamı və zeytun ağacı əkildi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə
keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına Azərbaycan Mərkəzi
Bankının təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən maliyyə
Assosiasiyaları – Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan
Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası,
Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Bazarı
İştirakçılarının Assosiasiyası qoşuldu.
Aksiya Azərbaycan Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə adıçəkilən Assosiasiyalar arasında ölkədə yüksək
keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata
keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığa dair
13 mart 2023-cü il tarixində imzalanmış “Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə
tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində
həyata keçirilir. Memorandumun məqsədi tərəflərin iştirakı ilə
2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla,
ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin
görülməsindən ibarətdir.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq,
2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın
səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya
Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə
təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda,
16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə
mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az
saytına, və ya bankın sosial şəbəkələrdə
(Facebook,
Instagram,
LinkedIn)
hesablarına daxil olmaq olar.
*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi
Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245
nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal
rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.