
ADPU-nun Şəki filialında “İlaxır çərşənbə” adlı bayram tədbiri keçirilib (FOTO)
Bakı. Trend:
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki
filialında “İlaxır çərşənbə” adlı bayram tədbiri keçirilib. Ümumi
şöbənin əməkdaşlarının təşkilatçılığı ilə həyətyanı sahədə – açıq
havada təşkil olunan və “Novzuz çərşənbələri” silsiləsindən olan
şənlikdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr
iştirak ediblər.
Şənliyin gedişində xalqımızın Novruz bayramı ilə bağlı zəngin
ənənələrinə geniş yer verilib. Keçəl, Kosa və Bahar qızının gəlişi
bayram şənliyinə xüsusi rəng qatıb. Şənlik iştirakçıları tonqal
ətrafında yallı gedib, rəqs ediblər.
Qeyd edək ki, filialda Novruz bayramı münasibətilə silsilə
tədbirlər davam edir. Yaxın günlərdə tələbələr arasında elan
olunmuş “Ən yaxşı Novruz xonçası” adlı müsabiqəyə təqdim olunan
işlərə baxış keçiriləcək.