ADY Bakı-Ağstafa marşrutu üzrə qatar reyslərinin sayını artırır

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Novruz
bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan
sərnişin tələbatını qarşılamaq məqsədilə 20 mart tarixinə sayca
2-ci reys təyin edir.

Qurumdan Trend-ə verilən məlumata görə, müvafiq tarixdə Bakı
Dəmiryol Vağzalından saat 08.25-də yola düşən qatar mənzilbaşına
saat 13.20-də çatacaq.

Ənənəvi qrafik üzrə isə hər gün saat 08:45-də Bakıdan Ağstafaya
yola düşən qatar saat 13:40-da təyinat nöqtəsinə çatacaq.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC mart ayının 18-dən
etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın
marşrutunu Ağstafa stansiyasına qədər uzadaraq Bakı-Ağstafa-Bakı
marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımalarını həyata
keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir