AHİK daha 5900 ailəyə bayram sovqatı göndərib (FOTO)

Bakı. Trend:

Martın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
(AHİK) tərəfindən qarşıdan gələn Novruz bayramı münasibətilə
Respublikanın rayonlarında yaşayan 4650 aztəminatlı ailə, o
cümlədən şəhid və qazi ailələri üçün ərzaqla dolu avtomobil karvanı
yola salınıb.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasında yaşayan həmin
kateqoriyadan olan 1250 ailəyə də bayram sovqatı verilib. Bununla
da AHİK tərəfindən sovqat göndərilən ailələrin ümumi sayı 36 minə
çatıb.

AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün
bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq
yardımları göstərirlər.
Məlumat üçün bildirək ki, AHİK İcraiyyə Komitəsinin qərarları
əsasında 2020-ci ilin aprelində 3 900, 2021-ci ilin martında 3 900,
mayında 4 000, 2022-ci ilin martında 4 065, noyabrında 4 500,
dekabrında isə 4500 şəhid ailələri və qazilər, həmçinin aztəminatlı
ailələr üçün ərzaq göndərilib.

Eləcə də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları
Şurasına orada yaşayan həmin kateqoriyadan olan ailələrə sovqat
göndərilməsi üçün hər dəfə maliyyə vəsaiti ayrılıb.

Jurnalistlərə müsahibəsində AHİK sədri, Milli Məclisin deputatı
Səttar Möhbalıyev bildirib ki, vətəndaşların qayğısına qalmaq,
onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq, həmçinin şəhid
ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı
ailələrə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi dəstəyi
göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir:
“Bu məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş
rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür.
Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu
cür humanist layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid
insanlara qayğı göstərirlər. Hər bir sahədə olduğu kimi, Heydər
Əliyev Fondu bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə fərqlənir.
Belə ki, Fondun prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda və
dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr
göndərilir, onlar üçün bayram süfrələri təşkil olunur. Azərbaycan
həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas
iştirakçılarındandır. Bu yöndə dövlətimizin bütün çağrışlarına
adekvat cavab verir, həmçinin öz təşəbbüsləri ilə xeyirxah addımlar
atırlar”.

Səttar Möhbalıyev həmçinin AHİK-in ölkəmizdə məşğulluğun təmin
edilməsi, ittifaq üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində gördüyü işlər haqqında da məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir