Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Bakı. Trend:

Martın 15-i saat saat 00:10-dan 02:30-dək Azərbaycan Ordusunun
mövqeləri atəşə tutulub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun
Əzizli və Qaraiman istiqamətlərində yerləşən mövqelərindən
Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım və Daşkəsən rayonunun
Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini
müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti
yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı
dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı və
Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri də
fasilələrlə atəşə tutulub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri
görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir