Azərbaycanda daha 65 nəfər COVID-19-a yoluxub
Bakı. Trend:
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 65 yeni
yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən
məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat
edən yoxdur.
Azərbaycanda indiyədək ümumilikdə 829076 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 818672 nəfər müalicə olunaraq
sağalıb, 10 147 nəfər vəfat edib, aktiv xəstə sayı 257
nəfərdir.
Ölkədə son sutka ərzində 1469, hazırkı dövrədək isə 7 545 086
test aparılıb.