Azərbaycanda ipoteka müqavilələrinin sayı artıb
Bakı. Trend:
2023-cü ilin ilk 2 ayı ərzində texniki pasportun və ipoteka
müqavilələrinin sayı artıb.
Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Bu dövrdə 68 883 daşınmaz əmlakın texniki inventarlaşdırılması
aparılıb və texniki pasportu tərtib edilib. Ötən ilin eyni dövrü
ilə müqayisədə bu 74,1% artım deməkdir.
Qeydiyyata alınan ipoteka müqavilələrinin sayı ötən ilin eyni
dövrü ilə müqayisədə 22,8% artaraq 12 102 olub.