Azərbaycanda su ehtiyatlarının 70 faizi transsərhəd çaylardan asılıdır – Köçərli Həsənov
Bakı. Trend:
Azərbaycanda su ehtiyatlarının 70 faizi transsərhəd çaylardan
asılıdır və bu, bizim sudan səmərəli şəkildə istifadə etməyimizi
vacib edir.
Trend-in məlumatına görə, bunu “Azərsu” ASC-nin sədr müavini
Köçərli Həsənov “İstehlakçı hüquqlarının qorunmasında dövlət
orqanlarının rolu” mövzusunda konfransda deyib.
O qeyd edib ki, hər bir istehlakçı tərəfindən suyun qənaətlə
istifadə edilməsi digər istehlakçının hüququnun qorunmasına xidmət
edir.
K.Həsənov vurğulayıb ki, “Azərsu” ASC tərəfindən istehlakçılara
xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində lazımı addımlar
atılır.
O vətəndaşların sudan qənaətlə istifadə etməsinin vacibliyini
diqqətə çatdırıb.