
Azərbaycanın xarici avtomobil istehsalçıları ilə əməkdaşlığı müzakirə edilib
Bakı. Trend:
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov xarici aparıcı
avtomobil istehsalçıları ilə əməkdaşlıq məsələlərini müzakirə
edib.
Trend xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov özünün
“Twitter” hesabında bildirib.
“General Motors” (GM) şirkətinin vitse-prezidenti Coni Saldana,
“UNO MİNDA” (Unomindacom) şirkətinin rəhbəri Nirmal Kumar Minda
(MindaNirmal), “Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat
Umurzakov ilə görüşdə birgə əməkdaşlıq barədə fikir mübadiləsi
apardıq”, – deyə o qeyd edib.