“Azərlotereya”nın şəhid övladları ilə “Novruz” görüşü (FOTO) (R)

Bakı. Trend:

“Azərlotereya” ASC Novruz bayramı ərəfəsində “Əmanətə sədaqət”
layihəsi çərçivəsində təqaüd ayırdığı şəhid övladları ilə görüş
keçirib.

İlaxır çərşənbəyə təsadüf edən tədbirdə “Azərlotereya”nın İdarə
Heyətinin sədri Zafer Reisoğlu, “Zəfər” Şəhid Ailələrinə Dəstək
İctimai Birliyinin sədri Sevinc Alızadə və təqaüdlə təmin olunan
tələbələr iştirak ediblər.

“Azərlotereya”nın İdarə Heyətinin sədri Zafer Reisoğlu şəhid
övladlarını bayram münasibətilə təbrik edərək vətənini hər şeydən
uca tutan qəhrəmanlarımızın övladlarıyla bayramı birlikdə qeyd
etdiklərinə görə çox məmnun olduğunu qeyd edib.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc
Alızadə və digər çıxış edənlər “Azərlotereya”ya şəhid ailələrinə
hər zaman xüsusi diqqət ayırdıqlarına görə təşəkkür edib.

Tədbir maraqlı musiqi ifaları fonunda bədii hissə ilə davam
edib.

Qeyd edək ki, “Azərlotereya” ASC-nin Elm və Təhsil Nazirliyi,
eləcə də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə
əməkdaşlığı nəticəsində həyata keçirilən sosial layihə hazırda 66
nəfəri əhatə edir ki, onlardan 59-u Azərbaycanda, 7-si Türkiyədə
təhsil alır.

Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrinin
tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri,
həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış
xərcləri qarşılanır. “Azərlotereya” ASC-nin təqaüd proqramı növbəti
illərdə də Azərbaycan və Türkiyənin dövlət universitetlərində ali
təhsil almaq istəyən şəhid övladlarına şamil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir