“AzerGold” QSC-nin 2022-ci ildə vergi ödənişləri artıb

Bakı. Trend:

“AzerGold” QSC tərəfindən 2022-ci il ərzində dövlət büdcəsinə
39.2 milyon manat vergi ödənilib. Hesabat ilində
Cəmiyyətin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişləri isə
5.3 milyon manatdan çox olub.

Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə vergi ödənişlərində
32%, DSMF ödənişlərində isə 60%
artım deməkdir. Cəmiyyətin ümumi fəaliyyət dövrü ərzində vergi
ödənişləri 103.7 milyon manat, DSMF ödənişləri isə
14.7 milyon manat təşkil edib.

Qeyd edək ki, 2021-ci il vergi ödənişləri 29.7 milyona
manat
, DSMF ödənişləri isə 3.3 milyon
manat
təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir