Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı artıb

Bakı. Trend:

2023-cü ilin ilk 2 ayı ərzində daşınmaz əmlak üzərində mülkiyyət
hüququnun qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 59,6%
artıb.

Trend İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
Xidmətinə istinadən xəbər verir ki, daşınmaz əmlakın qeydiyyatı
sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət
dinamika müşahidə olunur.

Statistik göstəricilərə əsasən, 2023-cü ilin yanvar-fevral
ayları ərzində 80 274 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun
qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,6%
çoxdur. Cari ilin ilk 2 ayı ərzindəki göstəricinin 13 613-ü (17%)
ilkin, 66 661-i (83%) isə təkrar qeydiyyatın payına düşüb.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin
yanvar-fevral ayları ərzində ilkin qeydiyyat 16,5% artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir