DGK tranzit əməliyyatları üzrə portalı işə salır

Bakı. Trend:

Yaxın zamanda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
tranzit əməliyyatları üzrə müraciətləri birbaşa olaraq emal edən
portalının istifadəyə veriləcəyi gözlənilir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Transxəzər Beynəlxalq
Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə
etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə
çoxtərəfli görüşdə jurnalistlərə deyib.

Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi gömrük
prosedurlarının sürətləndirilməsi üçün rəqəmsal vasitələr tətbiq
etmək niyyətindədir.

“Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə
etməklə gömrük prosedurlarının keçirilməsi məqsədlərinin əldə
edilməsi planlaşdırılır. Yaxın zamanda DGK-nın tranzit
əməliyyatları üzrə müraciətləri birbaşa olaraq emal edən portalının
istifadəyə veriləcəyi gözlənilir. İlk növbədə çatmaq üzrə olan
yüklərə dair məlumatlar almaq üzrə məqsədləri əldə etmək
niyyətindəyik. Yük fiziki olaraq Azərbaycan ərazisinə daxil
olduqdan sonra biz minimal müddətdə onu rəsmiləşdirərək göndərə
biləcəyik”, – o deyib.

Şahin Bağırov həmçinin Azərbaycanın yük daşımaları üzrə
beynəlxalq konvensiyaların tətbiqi üzərində çalışmağa davam
etdiyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir