
Fransa artıq hərəkətləri yox, düşüncələri krimanallaşdırır – Fransua Burqat
Bakı. Trend:
Fransa artıq xristian cəmiyyət yox, xristianlıqdan azad edilən
cəmiyyətdir. Fransa artıq hərəkətləri yox, düşüncələri
krimanallaşdırır.
Trend-in məlumatına görə, bu barədə politoloq və ərəbşünas, Elmi
Araşdırmalar üzrə Fransa Milli Mərkəzində fəxri baş elmi işçi
Fransua Burqat “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik
forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda
beynəlxalq konfransda panel iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Fransada olan islamofobiyanın digər bir səbəbi
“Fransa üslublu dünyəvilik”dir.
“Fransa cəmiyyəti dövlət islamofobiyasına doğru gedir. 10 il
əvvəl müsəmanlarla bağlı kiçik bir mübahisə olsa, onu
kriminallaşdırardı. Artıq Fransa hərəkətləri yox, düşüncələri
krimanallaşdırır. Müsəlman vətəndaşların Avropa fikirləri
krimanallaşdırılıb”, – deyə o əlavə edib.