Fransada son 10 il ərzində klassik irqçilikdən qanuni irqçiliyə keçilib – Kamil Meziti

Bakı. Trend:

Fransada son 10 il ərzində klassik irqçilikdən qanuni irqçiliyə
keçilib.

Trend-in məlumatına görə, bu barədə tarixçi, “İslamofobiya
lüğəti” kitabının müəllifi Kamil Meziti “İslamofobiya irqçiliyin və
ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli
çağırışlar” mövzusunda beynəlxalq konfransda panel iclasında çıxışı
zamanı deyib.

O qeyd edib ki, bu ölkədə müsəlmanlara dünyəvliyə zidd olan
cəmiyyət kimi baxılmasına başlanılıb.

“Fransada olan müsəlmanlar özlərini Fransa mühitində hiss
etmirlər. Fransda onlar üçün mühit yaxşı deyil. Orada
islamoparanoyası yaşanır. Biz bunu sonuncu prezident seçkilərində
gördük. Prezidentliyə namizəd şəxs müsəlmanları təhqir etdi və heç
bir cəza almadı. Siyasətçilər öz siyasi karyeralarını qurmaq üçün
bundan istifadə edir. Müsəlmanların da hüquqları var. Kimsə cinayət
törətdikdə biz deyirik ki, o, katalik, xristian terroristdir? Xeyr.
Sadəcə terrorçudur deyirik. Bəs, nəyə görə müsəlman terrorist
deyilir?”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir