Görkəmli teatr rejissorunun 100 illik yubileyi keçirilib (FOTO)

Bakı. Trend:

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev
adına konfrans zalında görkəmli Azərbaycan teatr rejissoru, əməkdar
incəsənət xadimi, professor Ulduz Rəfilli-Əliyevanın 100 illik
yubileyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

Tədbir Ulduz xanımla işləmək şansı olan və ya onun yaradıcılığı
yaxşı bilən hər kəsi bir araya topladı.

Dəyirmi masanın açılışında BMA-nın tədris işləri üzrə
prorektoru, əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor
Nərminə Quliyeva bütün tədbir iştirakçılarını salamladı və Ulduz
Rəfilli-Əliyevanın milli teatrın inkişafında mühüm rolunu
vurğuladı. Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru,
fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə,
sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, professor İmruz
Əfəndiyeva, BMA-nın dosenti Svetlana Mirzəyeva, aktrisa Sona
Babayeva, Azərbaycanın Əməkdar artisti aktyor, rejissor Nicat
Kazım, eləcə də Ulduz xanımın yaxınları və dostları rejissorun
şəxsiyyəti ilə bağlı xatirələrini danışıb, yaradıcılıq fəaliyyətini
dəyərləndiriblər. Bütün iştirakçılar rejissorun yaradıcılıq
fəaliyyətini yüksək qiymətləndirərək, bu istedadlı insanla
ünsiyyətlərini böyük sevgi ilə xatırladılar. İştirakçıların məruzə
və çıxışları BMA-nın tələbələrinin ifasında konsert proqramı ilə
müşayiət olunub. Tamaşaçılar Klod Debüssinin, Jan-Janın, Emil
Əfrasiyabın instrumental kompozisiyalarını, habelə Ulduz
Rəfilli-Əliyevanın BMA-nın Opera-studiyasında səhnəyə qoyulmuş
Pyotr Çaykovskinin “İolanta” və Fikrət Əmirovun “Sevil”
operalarından parçalar dinləyiblər. Tədbirin aparıcısı və
təşkilatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş
müəllimi Alyona İnyakina olub.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir