Güləşçimiz Xasay Həsənli U-23 Avropa çempionatında gümüş medal qazanıb

Bakı. Trend:

Yunan-Roma güləşçimiz Xasay Həsənli Rumıniyanın paytaxtı
Buxarestdə keçirilən U-23 Avropa çempionatında gümüş medal
qazanıb.

Trend xəbər verir ki, çempionatda 77 kiloqram çəki dərəcəsində
çıxış edən güləşçimiz qitə birinciliyinə inamlı start verib. Ötən
il analoji yarışın qalibi olan pəhləvanımız əvvəlcə türk Şahan
Acara (10:0), daha sonra isə litvalı Aistis Liauqminasa (9:0) tam
üstünlüklə qalib gəlib. Yarımfinalda ukraynalı Nikita Politayevdən
(5:1) güclü olan X.Həsənli finalda moldovalı Aleksandrin Qutu ilə
üz-üzə gəlib. Rəqibinə 3:6 hesabı ilə məğlub olan güləşçimiz Avropa
ikincisi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir