İçərişəhərdə “Bayram Qalası” keçiriləcək

Bakı. Trend:

Azərbaycanın tarixi ənənələrini və mədəniyyətini özündə əks
etdirən, yerli sakinlərin və ziyarətçilərin asudə vaxtının bayram
günlərində maraqlı və səmərəli keçməsi məqsədilə “Bayram Qalası”
günləri baş tutacaq.

Trend xəbər verir ki, tədbirlərə ilk olaraq 19.03.2023-cü il
tarixində saat 13:00-da #QoşaQala meydanında quraşdırılacaq səhnədə
konsert proqramı ilə start veriləcək. “Bayram Qalası” günləri 26
mart tarixinə qədər saat 12:00-dan 22:00-dək davam edəcək.

Həmin günlər ərzində qurama, rəssamlıq, nano art, keramika kimi
sənətkarlıq nümunələri üzrə əl işləri nümayiş etdiriləcək, ustad
dərsləri keçiriləcək və həmin məhsullardan ibarət yarmarkalar
təşkil olunacaq. Tədbirlərdə, həmçinin, milli mətbəx nümunələri
hazırlanacaq və milli kinomuzun incilərindən səhnəciklər nümayiş
olunacaq.

Bayram günlərinin proqramı aşağıdakı sosial şəbəkə hesablarından
(instaqram: icherisheher_living_history, facebook: İÇƏRİ
ŞƏHƏR-LİVİNG HISTORY) tanış ola bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir