
NEQSOL Holding Türkiyəyə humanitar yardım göstərməyə davam edir
Bakı. Trend:
NEQSOL Holding Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin
aradan qaldırılması məqsədilə dəstəyini davam etdirir.
Holdinqin qərarı ilə tərkibində olan Bakcell şirkəti 5 milyon TL
məbləğində vəsaiti Türkiyənin Azərbaycandakı səfirliyinin bank
hesabına köçürüb. Beləliklə, bu günədək NEQSOL Holding-in tərkibinə
daxil olan Bakcell, Azerconnect, Norm və Nobel Energy şirkətləri
tərəfindən Türkiyəyə edilən humanitar yardımın ümumi məbləği 20
milyon TL-dən çox olub.
Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD)
və Türkiyənin Azərbaycandakı səfirliyinə maliyyə vəsaitin
köçürülməsi ilə yanaşı, yardımın digər hissəsi birbaşa fəlakət
bölgəsinə təcili ehtiyaclarının qarşılanması üçün qida, geyim,
rabitə avadanlığı və s. göndərilib.
Türkiyə xalqına dəstək məqsədilə NEQSOL Holding humanitar
yardımını davam etdirməyi nəzərdə tutur.
NEQSOL Holding Türkiyədə güclü zəlzələ nəticəsində həyatını
itirənlərin ailələrinə, yaxınlarına və bütün Türkiyə xalqına bir
daha başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzu
edir.