Ötən sutka 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib – FHN

Bakı. Trend:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

Nazirlikdən Trend-ə bildirilib ki, “112” qaynar telefon xəttinə
daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları
tərəfindən ötən sutka ölkə ərazisində 98 yanğına çıxış və 2 halda
köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları
həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər
nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının
xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə
ərazisində qəza-xilasetmə əməliyyatları zamanı 2-si azyaşlı olmaqla
4 nəfər xilas edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir