Qida sahəsində fəaliyyət göstərən 13 müəssisədə nöqsanlar aşkar olunub

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması,
həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində
tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən
Trend-ə verilən məlumata görə, respublika ərazisində qida sahəsində
fəaliyyət göstərən 15 ticarət müəssisəsi və 2 ictimai iaşə
müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 13
müəssisədə nöqsanlar aşkar olunub.

Həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair
çıxarışın olmaması ilə bağlı 9, obliqat qrupuna daxil olan
işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı
13, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli
məhsulların qəbulu ilə bağlı 7, Azərbaycan dilində markalanması
olmayan məhsulların satışı ilə bağlı 3, qida məhsullarının açıq
şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair
uyğunsuzluqla bağlı 3 nöqsan aşkar olunub. Aşkar edilmiş
nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq
tədbirlər görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir