Saatlıda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin
əməkdaşları tərəfindən qanunsuz olaraq balıq ovu ilə məşğul olan
şəxslərə qarşı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları
tərəfindən gecə saatlarında Baş Mil-Muğan Kollektorunun Saatlı
rayonu ərazisindən keçən hissəsində aparılan profilaktiki-nəzarət
tədbirləri zamanı qeyd edilən qanunsuz əməllə məşğul rayonun
Azadkənd kənd sakini Elvin İbadov saxlanılıb.

Həmin şəxsdən qanunsuz ov qurğuları, eləcə də ovlanmış 31 ədəd
balıq aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir