“Thales” şirkətlər qrupunun Bakıda regional nümayəndəliyi açılır

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində
Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü zamanı
“Thales” şirkətinin Azərbaycan və Gürcüstan üzrə təmsilçisi Henrik
Klaner bildirib ki, şirkət Bakıda regional nümayəndəlik
yaradır.

“Azərbaycan Dəmir Yolları”ndan (ADY) Trend-ə bildirilib ki,
beynəlxalq miqyasda nəqliyyat, təchizat və sənaye sahəsində
tanınmış “Thales” şirkətlər qrupunun Bakıda açılacaq yeni
nümayəndəliyi Azərbaycan da daxil olmaqla, şirkətin Gürcüstan və
Mərkəzi Asiya ofislərinin fəaliyyətini koordinasiya edəcək.

Henrik Klaner bildirib ki, şirkət Azərbaycanda nəqliyyat
sahəsində fəaliyyət göstərən əsas tərəfdaşlarla, o cümlədən
“Azərbaycan Dəmir Yolları” QSC ilə yaxından əməkdaşlıq etməyi
planlaşdırır.

Azərbaycanın regionun əsas nəqliyyat mərkəzlərindən birinə
çevrildiyini qeyd edən Klaner “Şərq-Qərb” və “Şimal-Cənub”
beynəlxalq nəqliyyat dəhlizləri üzrə dəmir yolu infrastrukturunun
müasirləşdirilməsi istiqamətində ADY ilə potensial əməkdaşlıq
imkanları haqqında ətraflı danışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir