TRACECA gömrük prosedurlarının sadələşdirilməsini və rəqəmsallaşdırılmasını dəstəkləyir
Bakı. Trend:
TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) gömrük
prosedurlarının sadələşdirilməsini və rəqəmsallaşdırılmasını
dəstəkləyir.
Trend-in məlumatına görə, bu barədə TRACECA Hökumətlərarası
Komissiyasının Daimi Katibliyinin baş katibi Aset Asavbayev
Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə”
prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun
sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüşdə deyib.
Onun sözlərinə görə, Hökumətlərarası Komissiya iştirakçı
dövlətlərlə birgə bu proses üzərində çalışır.
“Rəqəmsallaşma təkcə marşrutun cəlbediciliyinin artmasına imkan
verməyəcək, həm də əlavə yüklərin cəlb edilməsinə səbəb olacaq.
TRACECA bütün maraqlı strukturlara qeyd olunan proseslərdə dəstək
göstərməyə hazırdır”, – o əlavə edib.