Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

Türkiyə Prezidenti sözçüsü İbrahim Kalın Vaşinqton səfəri
çərçivəsində Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan və
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya
Nuland ilə görüşüb.

Trend bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Bildirilib görüş çərçivəsində bir sıra məsələkər müzakirə
edilib.

“ Ağ Evdə və Xarici İşlər Nazirliyində keçirilən görüşlərdə
“ikitərəfli siyasi və iqtisadi əlaqələr, Türkiyədəki zəlzələlər,
müdafiə sənayesində əməkdaşlıq, enerji təhlükəsizliyi, terrorla
mübarizə, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesləri, Rusiya-
Ukrayna müharibəsi, Cənubi Qafqaz və Azərbaycan-Ermənistan
danışıqlar prosesi ilə bağlı məsələlər qiymətləndirilib”, – deyə
bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir