Türkiyənin zəlzələ bölgəsində sel nəticəsində 10 nəfər həlak olub
Bakı. Trend:
Türkiyənin zəlzələ bölgəsində güclü sel insan tələfatına səbəb
olub.
Trend bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Sel Şanlıurfada 9, Adıyamanda isə 1 nəfərin ölümünə səbəb olub.
İtkin düşən 3 nəfərin axtarışları davam edir.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal
gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən
edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya,
Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş
vilayətlərində ciddi dağıntılara səbəb olub.
Zəlzələlər nəticəsində ölənlərin sayı 48 448-ə yüksəlib.