
Unibank ağacəkmə aksiyasında iştirak edib (FOTO) (R)
Bakı. Trend:
Unibank Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100
illiyi çərçivəsində təşkil olunan ağacəkmə kampaniyasına qoşulub.
Bank rəhbərliyi və əməkdaşlar bu gün Müşfiqabad qəsəbəsində
keçirilən ağacəkmə tədbirində iştirak edib. Ölkə bank sektorunun
nümayəndələri tərəfindən ümumilikdə 3 hektar ərazidə ağac
əkilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar
Assosiasiyası, Sığortaçılar Assosiasiyası, Mikromaliyyə
Assosiasiyası, Fond Bazarı İştirakçıları Assosiasiyası və Fintex
Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində “Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti
ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”u
imzalanıb. Memorandumun məqsədi, Ümummilli lider Heydər Əliyevin
anadan olmasının 100-cü ildönümü münasibətilə bu ildən başlayaraq
10 il ərzində hər il yüz min ağac olmaqla, ümumilikdə bir milyon
ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsidir. Ağacəkmə
tədbirlərinin işğaldan azad olunmuş ərazilərdə də keçirilməsi
nəzərdə tutulur.