Universitet və kolleclərə ərizə qəbulu başa çatır

Bakı. Trend:

15 mart saat 09:00-a olan məlumata əsasən, 102206 abituriyent öz
ərizəsini təsdiq edib.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ali və
orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı
ərizələrin qəbulu 2023-cü il 15 mart saat 23:59-dək davam
edəcək.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları
iştirak edirlər.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün
qeydiyyat sayı ilə DİM-in saytında
statistika bölməsində real vaxt rejimində tanış olmaq
mümkündür.

Abituriyentlər ekabinet.dim.gov.az internet
səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti
olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə
etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə
(eservices.dim.gov.az/erizebak/erize)
daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və
təsdiq edirlər (etdirirlər).

Ərizə qəbulu ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi,
müsabiqə şərtləri, tədris dili və xarici dil imtahanları ilə bağlı
xüsusi hallar və digər məsələlərlə verilmiş keçiddə sağ tərəfdə
(“Tələbə
qəbulu haqqında elan Ali TM”) tanış ola bilərsiniz.

Orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam
mətni ilə
buradan tanış ola bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir