Xalq Bank ağacəkmə aksiyasında iştirak etdi (R)

Bakı. Trend:

Xalq Bankın rəhbər heyəti və əməkdaşları Ümummilli Lider Heydər
Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə martın 15-də
Müşfiqabad qəsəbəsində təşkil olunmuş ağacəkmə aksiyasında iştirak
etdi.

Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və
Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası,
Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə
Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası
və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış 13 mart
2023-cü il tarixli “Anlaşma Memorandumu” əsasında həyata
keçirilmişdir. Layihə çərçivəsində 2023-cü ildən başlayaraq 10 il
ərzində hər il 100 000 ağac olmaqla, ümumən 1 milyon ağac əkilməsi
nəzərdə tutulmuşdur.

Aksiya zamanı meşə massivinin salınması məqsədilə ayrılmış
sahədə müxtəlif ağaclar əkilmiş, həmçinin damcılı suvarma
sisteminin qurulması işləri həyata keçirilmişdir.

Xalq Bankın xidmət və məhsulları, eləcə də kampaniyalar və
yenilikləri haqqında ətraflı məlumatı Bankın filiallarından, rəsmi
Facebook və
Instagram
səhifələrindən, www.xalqbank.az saytından və 138 Məlumat
mərkəzindən əldə etmək mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir