
Xüsusi xidmət orqanlarının peşəkar əməkdaşı Maqsud Məmmədovun xatirəsi yad edilib (FOTO)
Bakı. Trend:
Bu gün Azərbaycan Xüsusi Xidmət Orqanlarının əfsanələrindən biri
Maqsud Əliövsət oğlu Məmmədovun 95 yaşı tamam olub.
Trend xəbər verir ki, bu barədə Alyans Azərbaycan Xüsusi Xidmət
Orqanları Veteranlarının İctimai Birliyinin məlumatında
deyilir.
Bildirilir ki, Maqsud müəllim peşəkar çekist, səriştəli
əməliyyatçı olmaqla yanaşı, vəfalı dost və qayğıkeş ailə başçısı
idi.
“Maqsud Məmmədov Ümummilli Lider Heydər Əliyevin etibar və
etimadını qazanmış və uzun illər Ulu öndərin yaxın silahdaşlarından
olmuşdur. Birliyimizin təsisçilərindən biri olan Maqsud müəllim,
həmçinin, “Alyans”ın ilk sədri vəzifəsində çalışmışdır. Bu gün
Birliyin rəhbərliyi və bir qrup üzvü Maqsud müəllimin ailə üzvləri
ilə onun məzarını ziyarət etmiş, xatirəsini yad etmişlər.
Allah rəhmət eləsin”, – məlumatda deyilir.