Yanvar-fevral aylarında Türkiyə limanları 3 milyon tona yaxın kənd təsərüfatı məhsulları qəbul edib

Bakı. Trend:

2023-cü ilin yanvar-fevral ayında Türkiyə limanları 2 milyon 945
min 523 ton kənd təsərrüfatı məhsulları və mal-qara qəbul edib.

Trend-in məlumatına görə, bu
barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur
Nazirliyindən bildrilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili kənd
təsərüfatı məhsulları və mal-qara qəbulu 171 min 876 ton təşkil
edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında
gəmilərlə kənd təsərüfatı məhsulları və mal-qara daşınması 2 milyon
773 min 647 ton olub”, – deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin yanvar-fevral ayında Türkiyə
limanlarından transit yolu ilə heçbir kənd təsərüfatı məhsulları və
mal-qara daşınmayıb.

Qeyd edək ki, 2023-cü ilin fevral ayında Türkiyə limanları 27
milyon 551 min 878 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili
limanlara yük qəbulu 2 milyon 245 min 391 ton təşkil edib. Türkiyə
limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük
daşınması 25 milyon 306 min 487 ton olub.

2023-cü ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 642
min 936 ton transit yük daşınıb.

Bununla yanaşı, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə
limanları 59 milyon 643 min 642 ton yük qəbul edib.

Qeyd edilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu
4 milyon 151 min 820 min ton təşkil edib. Digər ölkələrin
bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar
55 milyon 491 min 822 ton təşkil edib.

2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarından 12
milyon 145 min 781 ton transit yük daşınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir