YARAT Müasir İncəsənət Məkanı YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin yekun buraxılış sərgisini təqdim edir

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məktəbi Əməkdar rəssam Sabina
Şıxlinskayanın rəhbərliyi ilə bir il müddətində müasir incəsənətin
fundamental istiqamətləri üzrə multidistiplinar rəssamlar,
incəsənət üzrə menecerlər, kuratorlar və incəsənət tədqiqatçıları
üçün nəzəri və praktiki təhsil proqramlarını uğurla həyata
keçirmişdir. Yekun nəticə olaraq, 27 tələbə proqramın müxtəlif
incəsənət sahələrinə yiyələnərək, 3 fərqli buraxılış layihələrini
hazırlamışdırlar.

Müasir dünyada əhəmiyyəti azalan ənənəvi sərhədlər, məna və
dəyər itkisinə məruz qalır. Zaman və məkan cəhətdən yaxınlaşan
dünyada qarşılıqlı asılılıqlar, mədəni gediş-gəlişlər sadələşir. Bu
isə mənəvi aşınmalara, xalqların özünəməxsusluğunun itməsinə,
mədəni eyniliklərə səbəb ola bilir. Qloballaşmanın gətirdiyi
yaxınlığı həm də insanlar arasında mənəvi böhran, ünsiyyət
əlaqələrinin kəsilməsi və yadlaşma hissi müşayiət edir. “Babil
2.0”, “Keçmiş̧ nəsillərdən qalan izlər” və “Dərman arardım dərdimə”
sərgiləri həmin mövzuları araşdırır.

“Babil 2.0” sərgisi zaman və məkan məhdudiyyətlərinin azalması,
sosial və mədəni oxşarlıqların artması fonunda dünyanın hələ də
“qlobal şəhərə” çevrilə bilməməsi, insanların ortaq dil
tapmamasının səbəblərini incəsənət vasitəsi ilə araşdırır.

Urbanizasiya və modernləşmənin gətirdiyi yeni həyat tərzində,
fərdlərin və cəmiyyətin həyatında ənənəvi dünyagörüşləri, həqiqət
və dəyər anlayışları dəyişməyə başlamışdır. Sosial yaddaş hamımızın
gündəlik yaşadığımız işlək yaddaş olduğu halda, mədəni yaddaş
keçmişimizlə əlaqə saxlayan yaddaşdır. Davranışlar, adət-ənənələr,
mənəvi dəyərlər, bayramlar, folklor və inanclarımızın qarışığı olan
mədəni yaddaşımız kimliyimizə təsir etməklə yanaşı, gələcək
nəsillərə ötürülməsi baxımından da vacibdir. “Keçmiş̧ nəsillərdən
qalan izlər” sərgisi milli kimliyimiz ilə bir başa əlaqəli olan
Novruz bayramını işıqlandırır, təbiət ilə insan arasındakı əlaqəni,
cəmiyyətdə gender və sosial rollar olmadan kollektiv yaşamı
göstərməyə cəhd edir.

İnsanın öz mənəvi böhranından məlhəm axtarışı onun özünü tapmaq,
kamillik qazanmaq cəhdidir. Dərdlərin həllinə çalışarkən mənəvi
böhran qaçılmaz olur. Ruh hər zaman harmoniya axtarışındadır,
dünyamız isə disharmonikdir. Bizim dərdlərimizin də, ümidlərimizin
də mənbəyi bu uyğunsuzluqdur. “Dərman arardım dərdimə” sərgisi
insan iztirablarından, mənəvi böhranlarından şəfa taparaq,
kamilləşmə yolunu vurğulayır.

“Babil 2.0” sərgisi

Sərginin açılışı: 16 mart, 18:00

Tarix: 16-29 mart, 2023

Kurator: Çinar Balayeva

Layihə meneceri: Zemfira Şixlinskaya

Rəssamlar: Hüseyn Cəlilov, Ağaməli Əliyev, Nərgiz Əsgərova,
Aysel Həsənova, Rövşən Hüseynov, Ülviyyə İman

“Keçmiş̧ nəsillərdən qalan izlər” sərgisi

Sərginin açılışı: 6 aprel, 19:00

Tarix: 06-16 aprel, 2023

Kurator: Aynur Abutalıbova

Layihə meneceri: İlkanə Səmədova

Rəssamlar: Fidan Hümbətli, Tamira İbrahimova, Fidan Nazim qızı,
Nəcəf Öztürk, Alina Yusupova

“Dərman arardım dərdimə” sərgisi

Sərginin açılışı: 21 aprel, 19:00

Tarix: 21 aprel – 04 may, 2023

Kurator: Bəxtiyar Əliyev

Layihə meneceri: Fidan Hüseynova

Rəssamlar: Səma Abdalova, Ayten Abdullayeva, Aygün Baxşiyeva,
Dilarə Əli-zadə, Zaur Qəhrəmanov, Ceyran Mir-Qasım, Nərmin
Nəsibova, Lenay Seidəli-zadə, Murad Vəliyev

Sərgilərin ictimai proqramları üzrə moderatoru: Asim
Adgözəl

Sərgilərin iş rejimi: Çərşənbə axşamı – bazar,
12:00-20:00

Məkan: ARTIM Layihə Məkanı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir