Zəngəzur dəhlizi Orta Dəhlizin inkişafında təkanverici qüvvə rolunu oynayacaq – TDT baş katibinin müavini

Bakı. Trend:

Zəngəzur dəhlizi Orta Dəhlizin inkişafında təkanverici qüvvə
rolunu oynayacaq.

Trend-in məlumatına görə, bu barədə Türk Dövlətləri Təşkilatının
baş katibinin müavini Mirvohid Əzimov Transxəzər Beynəlxalq
Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə
etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə
çoxtərəfli görüşdə deyib.

Onun sözlərinə görə, Xəzər regionu ölkələri nəqliyyat sektorunun
inkişafına mühüm töhfə verəcək Zəngəzur dəhlizinin reallaşacağına
əmindirlər.

“Həmçinin qeyd etmək istərdim ki, Orta Dəhliz Şərqdən Qərbə və
əks istiqamətdə yüklərin daşınması kontekstində çox vacibdir. Biz
onun uzunmüddətli perspektivlərini və proqnozlarını nəzərə almaqla
inkişafını aktiv şəkildə təşviq edirik”, – o deyib.

M.Əzimovun bildirdiyinə görə, qısamüddətli perspektivdə dəhlizin
rəqəmsallaşdırılmasının sürətləndirilməsi planlaşdırılır.

“Biz bu proseslər üzərində aktiv şəkildə çalışırıq. Özbəkistan
da bu təşəbbüsü dəstəkləyir və bu dəhliz çərçivəsində lazımı bütün
köməkliyi göstərməyə hazırdır. İştirakçı dövlətlərin səyləri
qoyulan hədəflərə minimal müddətdə çatmağa imkan verəcək”, – o
əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir