49 marşrut xətti üzrə avtobuslar gecikir

Bakı. Trend:

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan
məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan
nəqliyyat sıxlıqları səbəbindən 46 müntəzəm marşrut xətti üzrə 119
avtobusun hərəkət intervalında gecikmələr var.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, gecikmələr
əsasən aşağıdakı istiqamətlər üzrə müşahidə olunur:

1. Bakı-Sumqayıt şosesi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi –
Moskva prospekti – 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14,
18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli
müntəzəm marşrut xətlərindəki avtobuslararası 26-28 dəqiqə gecikmə
müşahidə olunur.

2. Binəqədi şosesi – şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də
həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm
marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə
gecikmə müşahidə olunur.

3. Zabrat şosesi – şəhər istiqamətində 40, 131, 163, 216, 217 və
M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası
intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur.

4. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi,
Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125,
127 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası
intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

5. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə
kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M. K. Atatürk
prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər
olan hissə – köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni
zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli
müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-18
dəqiqə gecikmə müşahidə olunur.

6. Xocalı prospekti – Yusif Səfərov küçəsi – Heydər Əliyev
prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli
müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 20-22
dəqiqə gecikmə müşahidə olunur.

7. Badamdar şosesi, Mikayıl Müşviq küçəsi, Parlament prospekti
istiqamətində 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm marşrut
xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə
müşahidə olunur.

8. Koroğlu Rəhimov küçəsi – hər iki istiqamətində sıxlıq. Bu
səbəbdən həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut
xəttindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə
müşahidə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir