Ağcabədidə məcburi köçkünlərin məskunlaşdığı tikilidə yanğın olub

Bakı. Trend:

Ağcabədi şəhərində məcburi köçkünlərin məskunlaşdığı ümumi
sahəsi 150 m² olan birmərtəbəli (arakəsmə divarları taxta
konstruksiyadan ibarətdir) tikilidə ümumi sahəsi 24 m² olan otağın
yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 16 m²
olan otağın arakəsmə divarı 4 m² sahədə və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, tikilinin
qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir