
Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarına son qoyulmalıdır – Nazir
Ağdam. Trend:
Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarına son
qoyulmalıdır.
Trend xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri
Muxtar Babayev Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə keçirilən
strateji məsləhətləşmələr zamanı deyib.
“Faydalı qazıntılar və mineral sərvətlərimizin qeyri-qanuni
istismarı məsələsinə də toxunmaq istərdim. Biz tələb edirik ki,
təbii sərvətlərin hasil olunduğu ərazilərdə ətraf mühitin mövcud
vəziyyətini monitorinq etmək məqsədilə mütəxəssislərimiz üçün bütün
lazımi şərait yaradılmalıdır. Azərbaycan ərazisində təbii
sərvətlərin qanunsuz istismarına son qoyulmalıdır”, – deyə naizr
əlavə edib.
Xatırladaq ki, Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji
məsləhətləşmələr keçirilir. Tədbirdə Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Səhiyyə
nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura, Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət komitələrinin, Minatəmizləmə
Agentliyinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndələri, Əlaqələndirmə Qərargahının İdarələrarası
Mərkəzində təmsil olunan Prezident Administrasiyasının əməkdaşları,
habelə BMT agentliklərinin Azərbaycanda fəaliyyət göstərən
ofislərinin rəhbər şəxsləri iştirak edir.