Azərbaycanda islamofoboya ilə mübarizə üçün bütün parametrlərdə təhlil və müzakirələr aparılır – Misir nümayəndəsi

Bakı. Trend:

Azərbaycanda keçirilən bu beynəlxalq konfrans bütün dünyaya
göstərir ki, burada sırf islamofoboya ilə mübarizə üçün bütün
parametrlərdə təhlil və müzakirələr aparılır.

Trend-in məlumatına görə, bu barədə Misir Baş Müftisinin baş
müşaviri, Ümumdünya Fətva Orqanlarının Baş katibi İbrahim Nəgim
İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan
“İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi:
Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq
konfransında “Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq
etməklə harmonik cəmiyyətlərin qurulması” mövzusunda keçirilən
iclasda çıxışı zamanı deyib.

O qeyd edib ki, 1,8 milyard olan müsəlmanlar özlərinə qarşı bu
cür islamofobik təhdidlər ətrafında bərabər mübarizə
aparmalıdır.

“Biz bu məsələ ilə bağlı məsuliyyətdən çəkinməməli, məsuliyyəti
üzərimizə götürməli və dünyaya həqiqi İslamı çatdırmaq üçün nə
lazımdırsa, etməliyik. Biz müşahidə təsisatı yaradıb islamofobiyanı
müşahidə etdik. Bu, ümumilikdə nifrət hallarının 24 saatlıq
monitorinqi deməkdir. Biz artıq bunu edirik. Həmçinin, elmi
tədqiqatlar da artırılmalıdır”, – deyə o əlavə edib.

Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və
G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə
Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin
spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar”
mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə
müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan
həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma
yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq
təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət
təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə
mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində
islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya
mövzularında müzakirələr aparırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir