“AzerGold” QSC 2022-ci ildə də təhlükəsiz istehsalat fəaliyyətini təmin edib

Bakı. Trend:

2022-ci il ərzində “AzerGold” QSC-nin fəaliyyət sahələrində
dayanıqlı təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin
mühafizəsi və texniki təhlükəsizlik, habelə digər əlaqəli sahələr
üzrə müvafiq tədbirlər fəaliyyət planına uyğun olaraq uğurla icra
edilib.

Nəticədə 2022-ci ildə “AzerGold” QSC-də xəsarətsiz ötüşən iş
saatlarının miqdarı 842 min 612 saata, ümumilikdə
2016-2022-ci illər ərzində isə 3 milyon 630 min 208
saata
çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir