
Bakıda “Mercedes” markalı minik avtomobili yanıb
Bakı. Trend:
Bakı şəhərinin Yasamal rayonunda “Mercedes” markalı minik
avtomobilinin mühərrik hissəsi, ön təkərləri və idarəetmə lövhəsi
yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın
yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.