
Bakıdan Şərm əl-Şeyxə birbaşa reys açılır
Bakı. Trend:
“Azərbaycan Hava Yolları” QSC “PASHA Travel” turoperatoru ilə
birgə Misirə çarter reyslərinin icrasına başlayacaq.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın
17-dən etibarən Bakıdan Şarm əl-Şeyxə uçuşlar hər həftənin cümə
günləri həyata keçiriləcək.
Şarm əl-Şeyx valehedici təbiəti və ilboyu turizm mövsümü ilə
məşhur olan, Qırmızı dəniz sahilində əsrarəngiz kurort
şəhəridir.
Bu reyslərə aviabiletləri www.azal.az saytından, AZAL mobil
əlavəsi vasitəsilə və aviaşirkətin akkreditə olunmuş
agentliklərindən əldə etmək olar. Misirə turlar Azərbaycanın bütün
turizm agentliklərində satışdadır.
Qeyd olunan reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun
olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə
verilən sərnişinlər qəbul ediləcəkdir.