
Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatının həcmini proqnozlaşdırıb
Bakı. Trend:
Beynəlxalq Enerji Agentliyi (BEA) 2023-cü ildə Azərbaycanda neft
hasilatının 2022-ci ildən fərqli olmayaraq gündəlik 0,67 milyon
barel təşkil edəcəyini gözləyir.
Trend bu barədə agentliyə istinadən xəbər verir.
Ölkədə rüblük neft hasilatı aşağıdakı kimi proqnozlaşdırılır:
birinci rübdə gündəlik 0,65 milyon barel, ikinci rübdə gündəlik
0,66 milyon barel və üçüncü rübdə gündəlik 0,67 milyon barel.
Dördüncü rübə dair məlumatlar dərc olunmayıb.
Qeyd edək ki, 2022-ci ilin sonlarındakı vəziyyətə əsasən
Azərbaycanda bu il neft hasilatı 32,6 milyon ton (kondensatla
birlikdə) təşkil edəcək. Ötən il 26 milyon ton neft ixrac olunub
ki, bu da 2021-ci illə müqayisədə 4 faiz və ya təqribən 1,09 milyon
ton azdır.
Bütünlükdə bu il Azərbaycanda 33,4 milyon ton hasilatı
planlaşdırılır.
Twitter:
@Lyaman_Zeyn