
BMT nümayəndələri Ulu Öndərin 100 illiyinə xatirə olaraq Ağdamda ağac əkiblər
Ağdam. Trend:
Ağdam şəhərində keçirilən Azərbaycanla BMT arasında əməkdaşlığa
həsr olunmuş görüş çərçivəsində, tədbir iştirakçıları Ağdam
ərazisində xüsusi ayrılmış sahədə Ulu Öndər Heydər Əliyevin 100-cü
ildönümü münasibətilə ağac əkiblər.
Trend xəbər verir ki, tədbirdə BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi xanım Vladanka Andreyeva, Azərbaycanın hökumət
nümayəndələri, BMT sisteminin ölkəmizdə fəaliyyət göstərən müxtəlif
agentliklərinin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji
məsləhətləşmələr keçirilib. Tədbirdə Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Səhiyyə
nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura, Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət komitələrinin, Minatəmizləmə
Agentliyinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndələri, Əlaqələndirmə Qərargahının İdarələrarası
Mərkəzində təmsil olunan Prezident Administrasiyasının əməkdaşları,
habelə BMT agentliklərinin Azərbaycanda fəaliyyət göstərən
ofislərinin rəhbər şəxsləri iştirak ediblər.