
Böyük Britaniya və Şimali İrlandiya Krallığının səfiri UNEC-də olub (FOTO)
Bakı. Trend:
Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld UNEC-də
olub.
UNEC rektoru professor Ədalət Muradovla görüşdə səfirə
universitet barədə ətraflı məlumat verilib. Britaniya Krallığının
“Creative Spark” layihəsi çərçivəsində universitetdə həyata
keçirilən tədbirlər, eləcə də UNEC-in Britaniya Krallığı
universitetləri ilə əməkdaşlığının genişləndirilməsi barədə
müzakirələr aparılıb. UNEC-lə səfirliyin birgə təşkilatçılığı ilə
“İngilis Dilinin Tədrisi üzrə Beynəlxalq Forum”un (English Teaching
İnternational Forum) keçirilməsi haqqında tərəflər arasında ilkin
razılıq əldə olunub.