Bu istiqamətdə hərəkət məhdudlaşdırılacaq

Bakı. Trend:

Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mkrn
dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə
əlaqədar olaraq Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi
istiqamətində ( yalnız yolötürücüsü üzərində ) avtonəqliyyat
vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, sözügedən
yolötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq
məhdudlaşma qeyri iş günlərində, mart ayının 24-ü səhər saat
6:00-dan 25-i gecə saat 24:00-dək tətbiq ediləcək.

Qeyd olunan müddət ərzində sürücülər Ziya Bünyadov prospektindən
20 Yanvar dairəsi istiqamətində yan yoldan istifadə edərək
hərəkətlərinə davam edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr
istəyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir