
Bütün dünyada “Starlink”ə qoşulmağa imkan verən paket təqdim edildi
Bakı. Trend:
Bütün dünyada “Starlink”ə qoşulmağa imkan verən paket təqdim
edilib.
Trend xəbər verir ki, “Starlink”in saytındakı məlumata görə,
“Roam”u bütün istehlakçılar üçün əlçatandır. İnternet
qəbuledicisini 599 dollara alan istehlakçılar ayda 200 dollar
ödəmək şərti ilə “Starlink Roam” abunəçisi ola biləcəklər .
“Roam” portativ qəbuledicilərlə də istifadə edilə
bilər.
“Starlink”in açıqlamasına görə, “Roam” abunəçiləri sabit və ya
portativ qəbuledicilər almaqla peyk internetindən istifadə edə
biləcəklər. Qeyd edək ki, portativ antenanın qiyməti 599-2500
dollar arasında dəyişir.
“Starlink” hansı ölkələrdə mövcuddur?
“Starlink”in interaktiv əhatə dairəsi xəritəsinə baxsaq görərik
ki, peyk internet layihəsi Avropa, Şimali və Cənubi Amerika və
Avstraliyada, eləcə də Afrikanın kiçik bir hissəsində
mövcuddur.